Vilayət Vəliyev çempion olan AzTU komandası ilə görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünün çempionu olan AzTU Basketbol Klubunun üzvləri ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, AzTU komandasını qələbə münasibətilə təbrik edən rektor Vilayət Vəliyev növbəti yarışlarda da onlara uğurlar arzulayıb.
Rektor basketbola marağın artırılması, tələbələr arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsin baxımından ali təhsil müəssisələri arasında keçirilən bu cür yarışların əhəmiyyətindən danışıb.
Qalib komandanın üzvləri də öz növbəsində liqa müddətində keçirdikləri yarışlarla bağlı təəssüratlarını bölüşüblər.


