Vilayət Vəliyev: MDU–AzTU əməkdaşlığı dövlət–sənaye–təhsil klasterinə elmi dəstək verəcək

6 Dekabr, 2025 - 16:45
Vilayət Vəliyev: MDU–AzTU əməkdaşlığı dövlət–sənaye–təhsil klasterinə elmi dəstək verəcək

"Mingəçevirdə keçirilən beynəlxalq konfrans ölkənin elm və sənaye siyasətinə mühüm töhfə verir”.

Bu sözləri "Azərbaycan müəllimi"nə açıqlamasında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev Mingəçevirdə keçirilən III Beynəlxalq Elmi Konfrans çərçivəsində bildirib.

Onun sözlərinə görə, konfransın coğrafiyasının genişliyini və elmi nəticələrinin yüksək potensialı yüksəkdir:

“Mingəçevirdə belə miqyaslı elmi tədbirin təşkili həm şəhər, həm də ölkə üçün çox əhəmiyyətlidir. Elektroenergetika sektoru burada güclü inkişaf etdiyi üçün bu sahə üzrə daxil olan məqalələrin çoxluğu təbiidir və bu, elmi araşdırmaların keyfiyyətini daha da artırır”, – deyə o bildirib.

Rektor konfrans çərçivəsində MDU ilə AzTU arasında strateji əməkdaşlıq memorandumu imzalandığını da qeyd edib. Bu sənədin əsas məqsədi dövlət–sənaye–təhsil klasterinin inkişafına elmi əsaslarla dəstək verməkdir.

“İnanıram ki, bu əməkdaşlıq yeni tədqiqatlara, innovativ layihələrə və gələcəkdə birgə elmi nailiyyətlərə yol açacaq”, – deyə Vilayət Vəliyev əlavə edib.