“Virtual Təhsil Platforması” 50-yə yaxın kursa çıxış imkanı yaradır

1 Sentyabr, 2025 - 13:07
“Virtual Təhsil Platforması” 50-yə yaxın kursa çıxış imkanı yaradır
“Virtual Təhsil Platforması” 50-yə yaxın kursa çıxış imkanı yaradır

Mərkəzi Bank tərəfindən istifadəyə verilmiş “Virtual Təhsil Platforması” bank və maliyyə sahəsinə maraq göstərənlər üçün geniş imkanlar təqdim edir. 

Mərkəzi Bankdan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, platforma vasitəsilə 50-yə yaxın onlayn kursa qatılmaq, bilik və bacarıqları artırmaq mümkündür.

İstifadəçilər istənilən vaxt qeydiyyatdan keçərək təqdim olunan kurslar üzrə videomühazirələrə, testlərə və digər tədris materiallarına sərbəst şəkildə çıxış edə bilirlər.

Kursları uğurla başa vuran və yekun qiymətləndirmədə müsbət nəticə əldə edən iştirakçılar Mərkəzi Bank tərəfindən rəqəmsal sertifikatlarla təltif olunurlar.

Mərkəzi Bankın təqdim etdiyi bu platforma maliyyə və bank sahəsində karyera qurmaq istəyən, eyni zamanda fundamental biliklərini möhkəmləndirmək arzusunda olan şəxslər üçün əlverişli fürsət hesab olunur.

Ətraflı: edu.e-cbar.az