"WorldSkills Azerbaijan" beynəlxalq çempionatda II yeri qazanıb

23 May, 2026 - 11:45
"WorldSkills Azerbaijan" beynəlxalq çempionatda II yeri qazanıb

"WorldSkills Azerbaijan" komandası “DOSTI SKILLS KOKSHETAU 2026” Beynəlxalq Sənaye Çempionatında "Elektronika" istiqaməti üzrə II yerə layiq görülüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qazaxıstanın Akmola vilayətində “DOSTI SKILLS KOKSHETAU 2026” Beynəlxalq Sənaye Çempionatı keçirilib. Çempionat Kokşetau Ali Texniki Kollecinin bazasında təşkil olunaraq müxtəlif ölkələrdən iştirakçı və ekspertləri bir araya gətirib. 

Tədbirdə Azərbaycan, Avstriya, Səudiyyə Ərəbistanı və Yaponiyadan olan beynəlxalq ekspertlər iştirak edərək qabaqcıl təcrübələrini bölüşüb, kompetensiyaların qiymətləndirilməsində yüksək standartların tətbiqinə töhfə veriblər.

Çempionatda iştirakçılar elektronika, avtonom mobil robototexnika, prototipləşdirmə və PUA-nın istismarı istiqamətləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycanı “Elektronika” istiqaməti üzrə "WorldSkills Azerbaijan" komandasının üzvləri tələbə qismində Orxan Mustafayev, ekspert qismində isə Eldar Məhərrəmli təmsil ediblər. 

Komanda final mərhələsində yüksək nəticə göstərərək II yerə layiq görülüb. 

“DOSTI SKILLS KOKSHETAU 2026” beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşə təhsilinin inkişafı və mühəndislik potensialının nümayişi baxımından mühüm platforma kimi qiymətləndirilir.