Redaktorun seçimi

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ

Hafiz Paşayev: ADA Siyasi Forumu mühüm əlaqələrin qurulmasına imkan yaradacaq
.jpg)
Fariz İsmayılzadə: Qarabağ Universitetinin böyük hədəfləri və planları var

Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur

Media nümayəndələri imtahanlarda yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə ediblər

İmtahanlarda yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilmə texnologiyası müzakirə olunub

Emin Hüseynov: Füzuli ilə Ağdamda yeni məktəb və bağça inşa olunur

Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq
.jpg)
Fariz İsmayılzadə: Qarabağ Universitetinin böyük hədəfləri və planları var

Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb
Pedaqoji yazılar

Süni intellektin Azərbaycanda xarici dilin tədrisinə gətirdiyi yeniliklər

Ali təhsilin gələcəyində sosial sahibkarlıq: sosial-mədəni kompetensiyaların tanınması

İqlim fəaliyyəti üçün təhsil: təhsilin milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) inteqrasiyası

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

Leitner sistemi ilə daha asan öyrənin
Neyrologiya təqdiqatçıları bildirirlər ki, unutmaq öyrənməyin təbii bir hissəsidir. Ancaq məlumatın yaddaşınızda daimi qalmasını istəyirsinizsə, Leitner sistemi ilə öyrənməyə başlamalısınız. Böyük Britaniyanın York Universitetinin araşdırmasında bu sistem həm də fasiləli təkrarlama metodu kimi təqdim edilir.Yeni məlumatları fasiləli təkrarlarla öyrənməyi nəzərdə tutan sistem 1970-ci illərdə alman jurnalist Sebastian Leitner tərəfindən icad edilib. Leitner sistemində sizə qeydlər üçün kiçik kağızlar və bir neçə qutu lazım olacaq. Öyrənilməli məlumatlar kiçik kağızlara yazılır və birinci qutuya yerləşdirilir. İstifadəçi verilən məlumatları yadda saxlamağa çalışır. Yadda qalan məlumat yazılan kağız ikinci qutuya, xatırlanmayanlar isə yenidən birinci qutuya qoyulur. Müəyyən bir müddətdən sonra qutulardakı məlumatlar yenidən yoxlanılır. Yadda qalmayanlar yenidən birinci qutuya, yadda qalanlar növbəti qutulara yerləşdirilir. Bu sistemi istənilən sayda qutu ilə reallaşdırmaq olar. “MindEdge” saytının məqaləsində qeyd edilir ki, Leitner texnikası öyrənmək istəyən hər kəs, xüsusən də təhsilalanlar üçün olduqca uyğundur. Orta məktəb şagirdi və ya tələbə olmağınızdan asılı olmayaraq, bu metod öyrənmək prosesini asanlaşdıracaq. Məlumdur ki, bir mövzunu öyrənməyin ən yaxşı yolu onun müntəzəm təkrarıdır. Bu baxımdan, Leitner təsirli texnika sayılır.Leitner sistemi çox müxtəlif informasiyaları öyrənmək və yadda saxlamaq üçün istifadə edilə bilər. Onun ən çox istifadə sahələri aşağıdakılardır:– Əcnəbi dillər: söz ehtiyatı, qrammatik qaydalar, feili birləşmələri, frazeoloji ifadələrin əzbərlənməsində, mətn oxmaq, şifahi dil və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsində idealdır.– Kurslar: tarix, riyaziyyat, təbiət elmləri və digər sahələr üzrə kurslarda anlayışları, terminləri və düsturları yadda saxlamaq üçün istifadə edilə bilər.– Peşəkar bacarıqlar: tibbi terminologiya, hüquqi mətnlər, kodlaşdırma dilləri və başqa peşəkar sahələrdə istifadə olunan xüsusi biliklərin mənimsənilməsində faydalıdır.– Ümumi məlumatlar: tarixi hadisələr, coğrafi məlumatlar, elmi kəşflər və digər ümumi informasiyaları yaddaşda saxlamaq üçün istifadə edilə bilər.– Şəxsi inkişaf: şəxsi inkişaf kitablarından əldə edilən məlumatlar yeni vərdişlərin formalaşmasına və inkişafına, həm də hədəflərə çatmağa təkan verə bilər.– İncəsənət və bədən tərbiyəsi bacarıqları: sistem musiqi alətlərində ifa etmək, rəsm çəkmək və ya yeni idman növünü öyrənmək kimi bacarıqların mənimsənilməsində faydalıdır.Leitner sistemi, yəni fasiləli təkrarla öyrənməyin mərhələləri:– Öyrənmək istədiyiniz məlumatı müəyyənləşdirin. Bu yeni mövzu, əzbərləmək istədiyiniz sözlər siyahısı, düstur və ya başqa bir şey ola bilər.– Seçdiyiniz məlumatları yadda saxlayn. Oxumaq, dinləmək, qeydlər aparmaq və ya beyin xəritəsi yaratmaqla müxtəlif öyrənmə üsullarından istifadə edə bilərsiniz.İlk təkrara başlayın:• Məlumatı öyrəndikdən sonra onu dərhal təkrarlayın (10-20 dəqiqə ərzində). Bu təkrar məlumatın qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülməsinə kömək edir.Təkrarlanma diapazonlarını genişləndirin:– Hər təkrara əvvəlkindən daha uzun fasilələrlə başlayın. Məsələn, ilk təkrarı 10 dəqiqədən sonra, ikincini 1 gündən sonra, üçüncünü 4 gündən sonra, dördüncünü isə 7 gündən sonra edə bilərsiniz.Öyrəndiklərinizi yoxlayın: – Hər dəfə nə qədər məlumatı xatırladığınızı yoxlayın. Bu, fləş-kartlar, viktorinalar və ya özünüzə verdiyiniz suallar vasitəsilə ola bilər.– Məlumatı dəqiq xatırlaya bilmirsinizsə, təkrarlama intervalını qısaldın və təkrarların sayını artırın. Təkrarlar edərkən aşağıdakıları nəzərə almaq vacibdir:– Təkrarlamanı ardıcıl yerinə yetirmək üçün diqqətli olun.– Məlumatın çətinlik səviyyəsinə və öz öyrənmə tərzinizə uyğun olaraq təkrarlama intervallarının sayını tənzimləyin.– Müxtəlif öyrənmə üsullarından birlikdə istifadə edin.– Özünüzü motivasiya etmək üçün kiçik mükafatlar verin.Fasiləli təkrarlama metodundan istifadə etməyin daha təsirli yolu bu üsula uyğun tətbiqlərdən istifadə etməkdir. Fasiləli təkrarlara imkan verən mobil və masaüstü proqramlar belə alqoritmlərdən istifadə edərək zəif xatırladığınız məlumatı daha tez-tez, yaxşı bildiyiniz məlumatı daha az xatırlatmaqla bu məlumatı nə vaxt təkrarlamalı olduğunuzu müəyyənləşdirməyə imkan verir. Həmin tətbiqlərə nümunə olaraq aşağıdakıların adını çəkmək olar:• Anki• Memrise• Quizlet• SuperMemo2 və s.Bir çox məşhur texnikalarda olduğu kimi, Leitner sisteminin də üstünlükləri və müəyyən mənfi tərəfləri var.Sistemin üstünlükləri:• Məlumatın uzunmüddətli yaddaşa ötürülməsinə imkan verir.• Təkrarlama intervallarını optimallaşdıraraq öyrənməni sürətləndirir.• Motivasiya və öyrənmək istəyini artırır.• Vaxtın idarə edilməsini və iş intizamını yaxşılaşdırır.Bu texnikanın çatışmazlıqları aşğıdakılardır:• İlkin quraşdırma və redaktə üçün vaxt tələb edir.• Prosesə olduqca intizamlı yanaşmaq lazımdır.• Bu sistem bütün məlumat növləri üçün uyğun olmaya bilər.Beləliklə, Leitner texnikası təhsilalanlara nə vəd edir? Öyrənməyi asanlaşdırır.Səhvləri aşkarlamağa imkan verir.Biliyi uzunmüddətli perspektivdə beyində qalıcı edir.Dərs və tapşırıq etməyi vərdişə çevirməyə təkan verir.Anlama bacarıqlarını təkmilləşdirir.Mövzunu tam təfərrüatı ilə öyrənməyə imkan verir.Çətin görünən mövzuları daha anlaşılan edir.Bir mövzunu nə qədər yaxşı bildiyinizi təhlil etməyə kömək edir.Leitner texnikası ilə uğurlu olmaq daha çox təhsilalanın fərdi səyindən asılıdır. Hər kəs özünə qarşı obyektiv olmağı bacarmalıdır. Qutudakı məlumatları dəqiq xatırladığınızdan əmin deyilsinizsə, onu heç vaxt növbəti qutuya atmamalısınız.Öyrənilən məlumat hansı intervalla yoxlanılmalıdır?Bunun üçün xüsusi qayda yoxdur. Bunu nə qədər çox etsəniz, bir o qədər yaxşı xatırlayacaqsınız, amma unutmayın ki, bu, həm də daha çox vaxt aparacaq. Unutmayaq ki, hər kəsin fərqli öyrənmə tərzi ola bilər. Bizim təqdim etdiyimiz sistem bu prosesdə faydalı alətlərdən biridir.“Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
Təhsil TV - Canlı yayım
8 aprel, 09:31
Yüklənir
Təhsil gündəliyi- 07.04.2025
Təhsil gündəliyi- 07.04.2025 #TəhsilTV #EduAz #TəhsilGündəliyi.
7 aprel, 20:30
Yüklənir
Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri | Metodika və pedaqogika | DƏRS 13
Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri | Metodika və pedaqogika | DƏRS 13 Təhsil TV-də yayımlanan təhsilverənlərin ...
7 aprel, 19:30
Yüklənir
Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri | Metodika və pedaqogika | DƏRS 13
Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri | Metodika və pedaqogika | DƏRS 13 Təhsil TV-də yayımlanan təhsilverənlərin ...
7 aprel, 19:30
Bayramdan sonra ilk dərs gününün vaxtı açıqlanıb
Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.Qeyd edilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük (6) tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.

Dərs ili mayın 31-də yekunlaşacaq? – Rəsmi cavab

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı elan edilir

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

MİQ-də iştirak edə biləcək qeyri-pedaqoji ixtisaslar bəlli olub - SİYAHI

ARTİ MİQ imtahanlarına peşə ixtisasları üzrə suallar hazırlayan mütəxəssislər axtarır
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.