Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 Avqust, 2025 - 11:38
Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur
Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində “Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərəcək və tədrisi Azərbaycan bölməsi üzrə aparılacaq Xaçmaz şəhəri Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinə 2025–2026-cı tədris ili üzrə X və XI siniflərə şagird qəbulu elan edilir.

İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, məktəbin X sinfinə qəbul IX sinif üzrə buraxılış imtahanı nəticəsi 220, XI sinfinə qəbul isə buraxılış imtahanı nəticəsi 240 baldan yuxarı olan şagirdlər üçün həyata keçirilir.

Qeyd edək ki, təhsil müəssisəsində tədris prosesi xüsusi təhsil proqramı əsasında təşkil ediləcək. Məktəbin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlər əlavə abituriyent hazırlığına ehtiyac duymadan, birbaşa məktəbin özündə ali təhsil müəssisələrinə tam şəkildə hazırlaşa biləcəklər.

Dərslər peşəkar və təcrübəli müəllimlər tərəfindən aparılacaq. Tədris ili ərzində proqram əsasında fənlər üzrə ödənişsiz sınaq imtahanları təşkil ediləcək. Şagirdlərə fərdi yanaşma tətbiq olunacaq və yüksəkkeyfiyyətli təhsil mühiti yaradılacaq.

Məktəbə qəbul üçün son qeydiyyat tarixi: 01.09.2025.

Qeydiyyat linki: https://forms.gle/yfd156GTUwJ5x8BdA