Xaricdə dövlət xətti ilə təhsil alanların 62,6 faizi region məktəblərinin məzunlarıdır

19 Yanvar, 2026 - 17:10
Xaricdə dövlət xətti ilə təhsil alanların 62,6 faizi region məktəblərinin məzunlarıdır

Ötən il xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1045 nəfər olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı məlumatda öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, onların 37,4 faizi Bakı şəhərində yerləşən məktəblərin, 62,6 faizi isə ölkənin müxtəlif regionlarındakı məktəblərin məzunlarıdır.

Xaricdə təhsil alan gənclərin əksəriyyəti Türkiyə, Macarıstan, Çin və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.