Xaricdə təhsil üzrə DP-nin imkanlarına həsr olunan görüş keçirilib

17 Aprel, 2026 - 17:09
Xaricdə təhsil üzrə DP-nin imkanlarına həsr olunan görüş keçirilib

“2022-2028-ci illər üçün Dövlət Proqramı”nın təqdim etdiyi imkanlara həsr olunan görüş keçirilib.

"Azərbaycan müəllimi' xəbər verir ki, "Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan görüşdə Dövlət Proqramının İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov, Dövlət Neft Şirkətinin Strateji layihələr departamentinin rəhbəri  Əli Sultanlı, DP məzunu Cavid Rəhimli, qurumun üzvləri və könüllülər iştirak ediblər.

Layihə rəhbəri Qədir Xəlilov goruş iştirakçılarına Dövlət Proqramının strateji məqsədləri barədə məlumat verib. Dövlət proqramından huquqşünaslarin yararlanma imkanlarından danışaraq bildirib ki, DP 10 nüfuzlu universitetdə hüquqşünas təhsili almaq imkanı var.

Qədir Xəlilov qəbul qaydaları barədə məlumat verərək qeyd edib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na sənəd qəbulundan uğurla keçən namizədlər növbəti mərhələ kimi müsahibəyə dəvət olunurlar. Müsahibə prosesi üç əsas istiqamət (ixtisas üzrə biliklər, məntiqi mühakimə qabiliyyəti və namizədin vətənpərvərliklə bağlı baxışları) üzrə qiymətləndirməni əhatə edir.
Müsahibə mərhələsində minimum keçid balı 40 olaraq müəyyənləşdirilib: “Eyni bal toplayan namizədlər arasında seçim aparılarkən onların digər akademik göstəriciləri də nəzərə alınır və daha yüksək nəticə göstərən namizəd proqram iştirakçısı seçilir”.

I Dövlət proqramının məzunu olan Dövlət Neft Fondunun Departament rəhbəri Əli Sultanlı proqramın maliyyələşməsi barədə məlumat verib, DP-də iştirakla bağlı təcrübəsi əsasında tövsiyələr verib.

DP məzunu Cavid Rəhimli bu proqrama müraciətinin səbəblərindən danışıb, DP məzunu olmağın üstünlüklərini qeyd edib və təhsil təcrübəsini bölüşüb. 
Sonra qonaqlar məzunlar gəncləri maraqlandıran sualları cavablandırıblar. 

"Femida könüllləri" təşkilatının sədr müavini Zərifə Ramazanova goruş iştirakcılarına məlumat verib ki, 2023-cü ildə Azərbaycan Respublikasının Ali Məhkəməsində könüllü çalışan bir qrup gənc tərəfindən əsası qoyulan “Femida Könüllüləri” Təşkilatı ölkəmizdə bütün instansiya məhkəmələrində, ədliyyə və vəkillik sahəsində könüllü fəaliyyətinin sistemli qaydada təşkil edilməsi, hüquq sahəsində təhsil alan gənclərin bilik və peşəkar bacarıqlarının artırılması istiqamətində fəaliyyət göstərir.  O, Dövlət Proqramının qarşıya qoyduğu hədəflər və təqdim olunan inkişaf imkanları barədə  məlumatlandırdıqları üçün qonaqlara təşəkkür edib. Bu tədbirin gənc hüquqşünaslar arasında proqramın təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.