Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

25 Fevral, 2025 - 14:46
Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi də nəzərdə tutulur.

Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək
Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək