Yaradıcı müəllim müsabiqəsinin qalibləri bəlli olub

18 Dekabr, 2025 - 12:59
Yaradıcı müəllim müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” mövzusunda təqdimat müsabiqəsinin qalibləri bəlli olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 71 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İlahə Quliyeva, 87 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Musa Rzayev, 136 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Fidan Mənsimova I, 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Könül Rzayeva, Məktəb-lisey kompleksinin müəllimi Günel Məmmədova, 6 nömrəli məktəb-liseyin müəllimi  Ülviyyə İsmayılova II, 118 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Pərvanə Çopsiyeva, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Səmayə Vəliyeva, Elitar gimnaziyanın müəllimi Rəna Abışova III yerə layiq görülüblər.

216 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Nəzrin Xanlarova, 334 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Xanım Əliyeva, 6 nömrəli məktəb-liseyin müəllimi Xuraman Təhməzova, 67 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Muraz Sadıqov, 87 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Allahverdi Abdullayev, 287 nömrəli “Zəkalar” liseyinin müəllimi Lamiyə Ağalarova, 124 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Aysu İsgəndərli isə həvəsləndirici yeri tutub.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək. Müsabiqədə fərqlənən 42 müəllim isə “Təşəkkürnamə” ilə təltif olunacaq.  
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübəsinin təbliğ edilməsi, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.