Yaş məhdudiyyəti tətbiq edilən platformaların siyahısı hazırlanacaq

5 Avqust, 2026 - 13:43
Yaş məhdudiyyəti tətbiq edilən platformaların siyahısı hazırlanacaq

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.