"Yaxın gələcəkdə bizi ciddi su imtahanı gözləyir" – Əhməd Məmmədov

30 Oktyabr, 2024 - 12:23

“Ölkəmizin yerləşdiyi bölgənin su ehtiyatının böyük bir hissəsi qonşu dövlətlərin ərazisindən keçir və bizi yaxın gələcəkdə ciddi su imtahanı gözləyir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu texnika elmləri doktoru, Əməkdar mühəndis Əhməd Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası" III beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri amilini də nəzərə alsaq, su ehtiyatının 20-30 faiz azalması gözlənilir: "Hazırda əkin sahələrinin suvarılması ilə bağlı problemlər var. 2050-ci ilədək su ehtiyatı xeyli azalacaq. Ona görə də hesab edirik ki, Azərbaycanın daxili su ehtiyatlarından maksimum qənaətlə istifadə olunmalıdır”.