Yeni modelli məktəblərdə tədris necə olacaq? – Nazir detalları AÇIQLADI
Tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə (1 238 şagird) yeni təmayül tədris modeli pilot tətbiq olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, bu layihənin mahiyyəti IX sinifdən etibarən ali təhsil müəssisələrinə hazırlaşan şagirdlərin burada daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır: “Şagirdlərin repetitor yanına getməsi bizi narahat edən məsələlərdəndir. Bu layihə çərçivəsində həmin məktəblərdə ən yaxşı şərait yaradılıb, oraya ən yaxşı müəllimlər gətirilib. Pilot olaraq tətbiq olunan bu layihənin nəticələri artıq özünü göstərib. Ona görə də təmayül tədris modeli tətbiq olunan məktəblərin sayı artırılacaq”.



