Yeni seçilmiş metodistlər müəllimlərə dəstək göstərməyə başlayıblar - Elnur Əliyev
“Metodistlər sertifikasiya imtahanında yüksək bal toplayan müəllimlər arasından seçilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.
Onun sözlərinə görə, metodist seçimi üçün təxminən 5000 müraciət daxil olub:
“Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər. Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və onlar müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar”, – deyə o vurğulayıb.
Elnur Əliyev əlavə edib ki, 325 metodistə kifayət qədər məvacibin verilməsi də təmin edilib.


