Yeni tikilən və təmir edilən təhsil müəssisələrinin sayı AÇIQLANDI

30 Dekabr, 2025 - 14:09
Yeni tikilən və təmir edilən təhsil müəssisələrinin sayı

Ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.