Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 İyul, 2025 - 12:37
Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə
Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

“Yüksək bal toplayan abituriyentlərdən topladığımız anket sorğularına görə, onların çoxunun heç olmasa, bir valideyni müəllimdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib. 

O bildirib ki, həmin valideynlər xüsusilə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirlər. 

M.Abbaszadə həmçinin qeyd edib ki, şagirdlərin nəticələri birbaşa olaraq müəllimdən asılıdır.