Yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib - TƏDQİQAT
Yeni araşdırmaya görə, "Australopithecus africanus" növü, əsasən, bitki mənşəli qidalarla qidalanıb. Cənubi Afrikadakı Sterkfontein mağaralarında tapılan fosilləşmiş dişlərin analizi bu erkən primatların qida rasionunda ətin az olduğunu göstərir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Science News” jurnalında məlumat verilib.
Mütəxəssislər hesab edirlər ki, yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib, lakin bu keçid "Australopithecus" kimi erkən növlərin təkamülündən sonra baş verib.
Tədqiqatçılar qeyd edirlər ki, bu növün ara-sıra termitlər kimi yüksək enerjili qidalarla qidalanması istisna edilmir.



