“Yüksəliş”ə maraq ildən-ilə yüksəlir - Fərhad Hacıyev
VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, müsabiqədə iştirak etmək üçün ümumilikdə 17 651 nəfər müraciət edib: “VI mövsüm üzrə qeydə alınan bu nəticə müsabiqəyə ictimai marağın ildən-ilə yüksəldiyini göstərməklə yanaşı, iştirakçı sayı baxımından əvvəlki mövsümlərlə müqayisədə daha yüksək göstəricinin əldə olunduğunu ortaya qoyur. Müqayisə üçün qeyd edək ki, ötən mövsümdə bu rəqəm 16 553 nəfər təşkil edib”.



