Zaqatala məktəbliləri dünya birincisi olublar

11 Avqust, 2026 - 09:52
Zaqatala məktəbliləri dünya birincisi olublar

Zaqatala şəhər Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin şagirdləri Nailə Aslanova və Nigar Məmmədova, eləcə də Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin şagirdi Əhməd Osmanlı Çinin Pekin şəhərində keçirilən “RobotChallenge 2026” beynəlxalq müsabiqəsində 56 komanda arasından I yerə layiq görülüblər.

Bu barədə "Azərbaycan müəllimi"nə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Şagirdlərimiz qazandıqları möhtəşəm uğurla Azərbaycanı dünya birinciliyinə yüksəldiblər.