11-ci sinfi bitirmədən DP-ya müraciət etmək olar? 

16 Fevral, 2026 - 11:53
11-ci sinfi bitirmədən DP-ya müraciət etmək olar? 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavr təhsili almaq istəyənlər XI sinfi bitirmədən də müraciət edə bilərlər.


“Azərbaycan müəllimi” xəbər verir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə qəbul qaydalarına əsasən, namizədin cari tədris ilində ümümtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması əsas meyarlardan biridir.


Xatırladaq ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna bu il aprelin 15 -dən start veriləcək.