12 mindən çox müəllimə təlimlər keçirilib
“Hazırda müəllimlərə süni intellektlə bağlı təlimlər keçirilir və müvafiq dəstək də təqdim olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında bildirib.
O bildirib ki, bu il 22 min dərs dinləməsi həyata keçirilib: “12 mindən çox müəllimə müxtəlif istiqamətlər üzrə təlimlər keçirilib”.


