14 mindən çox müəllimin həftəlik orta dərs yükü cəmi 8 saatdır

30 İyun, 2026 - 10:31
14 mindən çox müəllimin həftəlik orta dərs yükü cəmi 8 saatdır

Bir sıra müəllimlərin həftəlik dərs yükünün kəskin aşağı olması orta aylıq əməkhaqqı məbləğini azaldır. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu gün 14 372 müəllimin həftəlik orta dərs saatı 8 saatdır.