Sertifikasiya imtahanında hansı dəyişikliklər olacaq?
“Təhsil sistemimizi dar bir çərçivəyə salmışıq. Belə bir fikir formalaşıb ki, müəyyən sayda sualı cavablandırmaq əsasdır, bununla məsələ bitir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə sual-cavab sessiyasında deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma imtahanında suallar bəzi meyarları ölçür, amma hər şeyi ölçmür: “Məsələn, riyaziyyatdan hər hansı teoremi isbat edə bilən müəllimi seçmirik, amma, məncə, buna ehtiyac var. Növbəti mərhələdə sertifikatlaşdırma imtahanında metodiki məsələlərə daha çox diqqət yetiriləcək”.




