Sertifikatlaşdırmada müəllimlərin orta balı neçə olub?

30 İyun, 2026 - 10:28
Sertifikatlaşdırmada müəllimlərin orta balı neçə olub?

Bu il sertifikatlaşdırma imtahanına cəlb olunan müəllimlərin orta balı açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə məlumat verib.

Nazir bildirib ki, texnologiya fənni üzrə 2948 nəfər müəllim imtahanda iştirak edib və orta bal 45 bal təşkil edib.

Təsviri incəsənət fənnindən isə 1689 müəllim imtahana cəlb olunub və orta bal 43 olub.

Fiziki tərbiyə fənni üzrə 5419 müəllim imtahana cəlb edilib ki, onların orta ball 41 olub.

Musiqi fənni üzrə 1311 nəfər müəllim imtahanda iştirak edib və fənn üzrə orta bal 40 bal olub.

Tarix fənni üzrə orta bal 39 təşkil edib. İmtahana 5571 nəfər cəlb olunub.

Ümumilikdə 16 398 müəllim yeni fənlər üzrə sertifikatlaşdırma imtahanına cəlb oıunub.