147 məktəb rasionallaşdırılıb
Aparılan geniş təhlil nəticəsində 2024–2025-ci tədris ilində 147 ümumi təhsil müəssisəsi rasionallaşdırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində deyib.
O bildirib ki, rasionallaşdırılan məktəblərdə təhsil alan şagirdlər və çalışan əməkdaşlar digər məktəblərə yerləşdirilib və proses planlı şəkildə icra olunub.




