15 ildə 2 dəfədən çox artım: Hər 1000 nəfərdən 261-i ali məktəb tələbəsidir
Orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Təhsil, elm və mədəniyyət” statistik məcmuəsində öz əksini tapıb.
Statistikaya əsasən, 2010-2011-ci tədris ilində orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin sayı 53,5 faiz, 2025-2026-cı tədris ilində isə 65,8 faiz olub.
Ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı isə 2010-2011-ci tədris ilində hər min nəfərə 140,2 nəfər, 2025-2026-cı illərdə isə 261,6 nəfər təşkil edib.
Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin sayı hər min nəfərə 2010-cu ildə 29,9 faiz olub. 2025-ci ildə isə bu say 59,8 nəfərə yüksəlib.
Magistratura səviyyəsinə qəbul olanların sayı isə 3,7 nəfərdən 14 nəfərə yüksəlib.




