17 yaşınız mübarək, Modern.az!

1 Sentyabr, 2026 - 13:58
17 yaşınız mübarək, Modern.az!

Bu gün Azərbaycanın media məkanında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən modern.az xəbər portalının 17 yaşı tamam olur.

Ötən illər ərzində operativ və etibarlı informasiya təqdim edərək oxucusunun etimadını qazanan media platformalarından birinə çevrilən portal həm də bir çox jurnalistlərin peşəkar fəaliyyəti üçün təcrübə meydanı olub.

“Azərbaycan müəllimi” olaraq 17 yaşına qədəm qoyan modern.az saytının bütün kollektivini ürəkdən təbrik edirik.

Onlara bundan sonrakı fəaliyyətlərində də yeni uğurlar, yaradıcılıq enerjisi və oxucu etimadının daim artmasını arzulayırıq.

17 yaşınız mübarək!