2025-ci ildə 321 nəfərə elmi dərəcə verilməsindən imtina olunub 

5 Yanvar, 2026 - 09:50
2025-ci ildə 321 nəfərə elmi dərəcə verilməsindən imtina olunub 

2025-ci ildə elmi dərəcələrin verilməsi və onlardan imtina edilməsi ilə bağlı statistik məlumatlar açıqlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, keçən il 474 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 284 nəfər isə həmin elmi dərəcə ilə bağlı imtina cavabı alıb. Statistikaya əsasən, fəlsəfə doktoru üzrə ən çox elmi dərəcə filologiya elmləri sahəsində (98 nəfər) verilib. Daha sonra ən çox elmi dərəcələr iqtisad (71), tibb (46), texnika (41), kimya (29), biologiya (23) elmləri sahəsində verilib. Biologiya, tibb, iqtisad elmləri, filologiya, sənətşünaslıq ən çox imtina verilən elm sahələridir. Milli təhlükəsizlik və hərbi elmlər sahəsində 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu elm sahələrində fəlsəfə doktorluğuna imtina cavabı verilməyib. 

Elmlər doktoru elmi dərəcəsi keçən il 82 nəfərə verilib. Həmçinin 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.

Elmlər doktoru elmi dərəcəsi ən çox texnika (14 nəfər), filologiya (12 nəfər), tibb (9), biologiya (8) üzrə verilib. Ən çox imtina olunanlar kimya (6 nəfər), tibb (6), tarix və filologiya (hər biri 5 nəfər), iqtisad elmlərinin payına düşür.

2025-ci ildə 321 nəfərə elmi dərəcə verilməsindən imtina olunub 
2025-ci ildə 321 nəfərə elmi dərəcə verilməsindən imtina olunub