2030-cu ilədək 50 müasir peşə təhsili müəssisəsi olacaq

15 Dekabr, 2025 - 22:41
2030-cu ilədək 50 müasir peşə təhsili müəssisəsi olacaq

“Peşə təhsili sahəsində həm keyfiyyət, həm də kəmiyyət dəyişikliyi baş verir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 21 peşə təhsili müəssisənin tikintisi, ikisinin isə əsaslı təmiri nəzərdə tutulub:

“2030-cu ilədək mövcud peşə təhsili müəssisələri ilə birlikdə 50 müasir peşə təhsili müəssisəsi olarsa, bu, Azərbaycanın müstəqlillik tarixində ilk dəfə belə bir infrastrukturun formalaşması demək olacaq”.