28 məktəb direktoru işdən çıxarılıb
Ötən tədris ilində vəzifəsindən azad olunan məktəb direktorlarının sayı açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
Nazir qeyd edib ki, həyata keçirilmiş monitorinqlər nəticəsində 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib.



