281 müəllim peşə təhsili üzrə beynəlxalq təlimə cəlb olunub
2022-2025-ci illər üzrə 1 256 nəfər təhsilverən təlimə cəlb edilib, o cümlədən 281 nəfər isə beynəlxalq təlimə yönləndirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib.
Brifinqdə qeyd edilib ki, beynəlxalq təlimlər Türkiyə, Belarus, Almaniya kimi ölkələrdə təşkil edilib. Təlimə cəlb olunanların 45 faizi Türkiyə, 30 faizi Belarus, 17 faizi isə Türkiyənin payına düşür.



