29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib

14 Fevral, 2026 - 12:32
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib

Fevralın 13-də Mingəçevir Dövlət Universiteti (MDU) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən forumda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, şəhərin rəhbər şəxsləri, ümumtəhsil məktəblərinin direktorları, 29 ali təhsil müəssisəsinin tədris və keyfiyyət şöbələrinin mütəxəssisləri, professor-müəllim heyəti, eləcə də 24-dən çox şirkət və təşkilatın, keyfiyyət sahəsində peşəkarlaşmış qurumların nümayəndələri iştirak ediblər.

Forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasıdır.

Öncə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Ardınca şirkət, təşkilat və keyfiyyət sahəsində peşəkarlaşmış qurumların stendlərinə baxış keçirilib. Nümayəndələr forum iştirakçılarına öz fəaliyyətləri barədə məlumat veriblər.

Forum çərçivəsində Mingəçevir Dövlət Universiteti “Abıyev & Partners” şirkəti, “HS AZ (Holberton)” MMC, Keyfiyyət Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası ilə Anlaşma və Əməkdaşlıq Memorandumları imzalayıb. İmzalanan memorandumlar universitet–sənaye inteqrasiyasının gücləndirilməsinə, tələbələr üçün praktiki yönümlü tədris, sertifikat və karyera imkanlarının genişləndirilməsinə, eləcə də süni intellekt, proqramlaşdırma, robotexnika və layihə idarəetməsi sahələrində innovativ və dayanıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

Forum Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra forumun tanıtım və xarici universitetlərin təbrik videoçarxları nümayiş etdirilib.

Forumun açılış nitqini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov edib. O, açılış nitqində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə ali təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. O, Mingəçevir Dövlət Universitetinin regionun elmi-intellektual potensialının formalaşmasında oynadığı rolu xüsusi qeyd edib, forumun təhsil, innovasiya və dayanıqlı inkişaf sahələrində yeni əməkdaşlıqlara və praktiki təşəbbüslərə stimul verəcəyinə əminliyini ifadə edərək forumun işinə uğurlar arzulayıb.

Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək forumun keçirilməsinin universitetin keyfiyyət, dayanıqlılıq və innovasiya istiqamətində apardığı sistemli islahatların məntiqi davamı olduğunu bildirib. Rektor qeyd edib ki, forumda iştirak üçün ümumilikdə 500-dən çox müraciət daxil olub və tədbirdə 29 ali təhsil müəssisəsinin, 36 ümumtəhsil və peşə təhsili müəssisəsinin, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri təmsil olunur. Anar Eminov çıxışında forum çərçivəsində universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, dayanıqlı inkişaf məqsədlərinə xidmət, keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində aparılan müzakirələrin mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib və tədbirin təşkilinə dəstək göstərən dövlət qurumlarına, tərəfdaş universitetlərə, şirkət və təşkilat nümayəndələrinə, eləcə də bütün qonaq və iştirakçılara təşəkkürünü bildirib.

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə belə irihəcmli və əhatəli keyfiyyət forumunun keçirilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. O, forumun ali təhsil müəssisələri arasında keyfiyyət mədəniyyətinin təşviqi, dayanıqlı inkişaf yanaşmalarının tətbiqi və innovativ təcrübələrin paylaşılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Tural Əhmədov çıxışında Agentliyin ali təhsildə daxili və xarici keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi, beynəlxalq akkreditasiya proseslərinin təşviqi və universitetlərin rəqabətqabiliyyətinin artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib, bu kimi təşəbbüslərin sistemli əməkdaşlıq və davamlı dialoq üçün yeni imkanlar yaratdığını bildirib.

Azərbaycan Texniki Universitetinin rektoru, prof. Vilayət Vəliyev çıxışında mühəndislik və texnoloji ixtisaslarda keyfiyyətin təmin edilməsinin innovasiya və sənaye ilə sıx inteqrasiya olmadan mümkün olmadığını vurğulayıb. O, ali təhsil müəssisələrinin birgə platformalarda təcrübə mübadiləsi aparmasının və strateji əməkdaşlıqlar qurmasının vacibliyini qeyd edərək, Mingəçevir Dövlət Universitetinin təşəbbüsü ilə keçirilən forumun bu baxımdan nümunəvi format olduğunu bildirib və tədbirin ölkədə texniki təhsilin inkişafına real töhfələr verəcəyinə əminliyini ifadə edib.

Ardınca Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov çıxış edərək sənaye, enerji və mühəndislik sahələri üzrə kadr hazırlığında keyfiyyət təminatının və innovativ yanaşmaların həlledici rol oynadığını bildirib. O, ali təhsil müəssisələri ilə sənaye strukturları arasında qurulan davamlı əməkdaşlığın məzunların rəqabətqabiliyyətinin artırılmasına xidmət etdiyini vurğulayıb, Mingəçevir Dövlət Universitetinin təşəbbüsü ilə təşkil olunan forumun təcrübə mübadiləsi və birgə layihələr üçün səmərəli platforma olduğunu qeyd edib və tədbirin ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov çıxış edərək rəqəmsal transformasiya dövründə kibertəhlükəsizliyin təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib. O, ali təhsil müəssisələrində kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığının, praktik bacarıqlara əsaslanan tədrisin və universitet–sənaye əməkdaşlığının vacibliyini vurğulayaraq, Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən forumun bu istiqamətdə maarifləndirmə və strateji dialoq üçün əhəmiyyətli platforma olduğunu qeyd edib.

Açılış nitqlərindən sonra TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli səhiyyə sahəsində insan kapitalının inkişafı, davamlı təlim və tətbiqyönümlü tədqiqatlarla bağlı təqdimatla çıxış edib. Ardınca ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri Anar Vəliyev ali təhsildə keyfiyyət təminatı, müasir tədris modelləri və akademik idarəetmə mövzusunda təqdimatla forum iştirakçılarını məlumatlandırıb.

Tədbirin rəsmi hissəsi forumun təşkilində və keçirilməsində fəal iştirak edən tərəfdaşlara təşəkkürnamə və hədiyyələrin təqdim olunması ilə yekunlaşıb. Forumun ərsəyə gəlməsində xüsusi töhfə vermiş bir qrup iştirakçı təşkilatçılar tərəfindən təltif edilib.

Tədbir təhsillə sənaye arasında əlaqələrin gücləndirilməsi, beynəlxalq keyfiyyət standartlarına keçid və qlobal trendlərin müzakirəsinə həsr olunmuş üç panel iclası ilə davam edib: “Tədrisdən istehsalata: dayanıqlı universitet–sənaye əməkdaşlığı”, “Beynəlxalq akkreditasiya və dayanıqlı keyfiyyət təminatı: qlobal standartlara keçid”, “Ali təhsildə keyfiyyət və dayanıqlılıq: qlobal trendlər”.

Birinci panel iclası ADNSU-nun müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cəlal Eynullayevin moderatorluğu ilə keçirilib. Paneldə TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov, “Techera” şirkətinin təsisçisi Tariyel Dövlətov, SOCAR-ın Baş ofisinin İşə qəbul şöbəsinin rəisi Həmid İsrafilov, “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu Vəfa Muradzadə, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli və TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli spiker kimi çıxış ediblər. Panel çərçivəsində universitet–sənaye əməkdaşlığı, əmək bazarının tələbləri və tətbiqyönümlü kadr hazırlığı məsələləri ətrafında geniş müzakirələr aparılıb.

İkinci panel iclası Keyfiyyət Assosiasiyası İB-nin təsisçisi Samir Novruzlunun moderatorluğu ilə təşkil olunub. Paneldə ADNSU-nun Tədris məsələləri üzrə prorektoru Rza Məmmədov, BDU-nun keyfiyyət təminatı üzrə rektor müşaviri Asiman İlyasov, Bakı Ali Neft Məktəbinin Keyfiyyət təminatı şöbəsinin rəisi Aysel Rzayeva və İNCERT MMC-nin direktoru Şamo Muradov çıxış edərək beynəlxalq akkreditasiya, daxili keyfiyyət təminatı sistemləri və davamlı keyfiyyət mədəniyyəti mövzularında fikir mübadiləsi aparıblar.

Üçüncü panel iclası ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri Anar Vəliyevin moderatorluğu ilə baş tutub. Paneldə TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev, TIM Consulting və EduRobot.AI şirkətlərinin təsisçisi Teymur Hacıyev, “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə, NDU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Sevinc Kərimova və AzTU-nun Keyfiyyət təminatı şöbəsinin rəhbəri Pərvanə Mövsümova spiker qismində iştirak ediblər. Panel çərçivəsində ali təhsildə qlobal trendlər, rəqəmsallaşma və innovativ keyfiyyət yanaşmaları müzakirə olunub.

Hər üç panel iclasında spikerlərin çıxışları ətrafında fəal müzakirələr aparılıb, forum iştirakçılarının sualları cavablandırılıb və təcrübə mübadiləsi həyata keçirilib.

Forum “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” mövzusunda keçirilən vörkşopla davam edib. Vörkşop çərçivəsində süni intellekt texnologiyalarının tədris və keyfiyyət təminatı proseslərinə inteqrasiyası, rəqəmsal həllərin tətbiqi və innovativ yanaşmalar ətrafında praktiki müzakirələr aparılıb.

Forumun yekununda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək tədbir çərçivəsində aparılan müzakirələrin və irəli sürülən təkliflərin ali təhsildə keyfiyyətin yüksəldilməsinə real töhfə verəcəyini bildiriblər. Onlar forumun əməkdaşlıq, dialoq və təcrübə mübadiləsi baxımından uğurlu platforma olduğunu vurğulayaraq, iştirakçılara fəal iştiraklarına görə təşəkkür edib forumun rəsmi olaraq başa çatdığını elan ediblər.

Qeyd edək ki, forum ali təhsil müəssisələri, dövlət qurumları və sənaye nümayəndələri arasında dayanıqlı əməkdaşlığın genişləndirilməsi, keyfiyyət mədəniyyətinin gücləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm platforma kimi dəyərləndirilib.

29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib
29 ali təhsil müəssisəsi MDU-nun keyfiyyət forumunda iştirak edib