3 dövlət universitetinə tələbə qəbulu azaldıla bilər

13 Noyabr, 2025 - 12:57
3 dövlət universitetinə tələbə qəbulu azaldıla bilər

Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azala bilər.

“Azərbaycan müəllimi”  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Adambaşı maliyyələşmə sisteminə 2011-ci ildə keçid edilib, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik. Biz kəmiyyət dəyişiklikləri aparmışıq ki, daha çox tələbə gəlsin, daha çox vəsait ayrılsın. Bu sistem nəticəsində tələbə sayını artırmaq mümkün olub, amma keyfiyyətli kadrların yetişdirilməsi bu zaman kölgədə qalmamalıdır. İndi bu prosesin bir az dəyişməyə məcbur olmuşuq. Məsələn, gələcək illərdə keyfiyyətin artırılması məqsədilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu sayının azaldılması nəzərdə tutulur. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”, – nazir qeyd edib.