34 ildən sonra ilk: ADU-nun tələbələri Şuşada təcrübəyə başladılar 

18 May, 2026 - 11:00
34 ildən sonra ilk: ADU-nun tələbələri Şuşada təcrübəyə başladılar 

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dili fakültəsinin tələbələri 34 ildən sonra ilk dəfə Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində pedaqoji təcrübəyə başlayıblar.

"Azərbaycan müəlliminə bu barədə məktəbin direktoru Səbinə Gözəlova bildirib.

O qeyd edib ki, bununla məktəbin tarixində əlamətdar bir səhifə açılır.

"Bu əməkdaşlıq yalnız bir təcrübə proqramı deyil, həm də bilik, təcrübə və yeni ideyaların görüşüdür. Gənc müəllim namizədlərin qədim və mədəniyyət beşiyi olan Şuşa şəhərində fəaliyyət göstərməsi onlar üçün unudulmaz olacaq.
Düşünürəm ki, gələcəyin müəllimləri məktəbimizin tədris mühitindən dəyərli təcrübə qazanacaq, şagirdlərimiz isə onların enerjisindən və yenilikçi yanaşmalarından faydalanacaqlar. ADU ilə əməkdaşlığımızın təhsilimizə yeni töhfələr verəcəyinə inanırıq".

34 ildən sonra ilk: ADU-nun tələbələri Şuşada təcrübəyə başladılar 
34 ildən sonra ilk: ADU-nun tələbələri Şuşada təcrübəyə başladılar