400 bal toplayan şagird: Neft-qaz mühəndisi olmaq istəyirəm
Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli orta məktəbin məzunu Mirağa Əliyev I ixtisas qrupu üzrə ən yüksək nəticəni - 400 bal toplayıb.
“Azərbaycan müəllimi” ilə təəssüratını bölüşən M.Əliyev bildirib ki, neft-qaz mühəndisi olmaq istəyir:
"400 bal toplayacağımı gözləyirdim. Cavablarımı yoxladıqda artıq 400 bal olduğuna əmin oldum. I ixtisas qrupu üzrə “Neft-qaz mühəndisi” ixtisasına hazırlaşıram. Daha əvvəl şahmat üzrə yarışlarda uğurlarım olub. Bu il isə Respublika fənn olimpiadasının fizika fənni üzrə final mərhələsində iştirak etmişəm. Abituriyentlərə tövsiyəm odur ki, sadəcə özləri üçün hədəf qoysunlar və bu hədəf üzrə çox çalışsınlar".
Qeyd edək ki, cari ildə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər göstərib.



