5 peşə təhsili müəssisəsi təmir edilir

23 İyul, 2026 - 11:45
5 peşə təhsili müəssisəsi təmir edilir

2022–2026-cı illərdə 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir tamamlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

İ.Bayramlı bildirib ki, 5 müəssisədə yenidənqurma və əsaslı təmir işləri davam edir: “Hazırda 7 müəssisə üzrə layihələndirmə aparılır”.

O qeyd edib ki, 2024–2026-cı illərdə 46 yeni emalatxana yaradılıb. 8 peşə təhsili müəssisəsində isə 1000 yerlik yataqxana fəaliyyət göstərir.