7 peşə ixtisası üzrə beynəlxalq sertifikat almaq mümkün olacaq – İlqar Bayramlı 

23 İyul, 2026 - 11:15
7 peşə ixtisası üzrə beynəlxalq sertifikat almaq mümkün olacaq

Cari ildə peşə təhsilində 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək imkanı təqdim olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

İ.Bayramlı bildirib ki, “Code Academy”, “Baku Design Academy”, “IMZA Group” və KVET Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sertifikat proqramları həyata keçirilir.

Beynəlxalq sertifikat əldə etmək imkanı olan ixtisaslar “İnteryer dizaynı”, ”Kibertəhlükəsizlik”, “Veb-dizayner və proqram təminatçısı”, “Qrafik dizayner”, ”İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi”, “Mühasibat uçotu”, “Elektrik-qaz qaynaqçısı”dır.