730 mindən çox məktəbli ABŞ-dən deportasiya oluna bilər

27 Yanvar, 2025 - 11:51
730 mindən çox məktəbli ABŞ-dən deportasiya oluna bilər
730 mindən çox məktəbli ABŞ-dən deportasiya oluna bilər

733 min məktəbli ABŞ-dən deportasiya oluna bilər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qeyri-qanuni miqrantları axtararkən miqrasiya xidmətləri məktəblərdən də yan keçməyib. Buna görə də ABŞ sakinləri sənədsiz uşaqları evdən buraxmağa qorxurlar.

Məqalədə qeyd olunur ki, ABŞ-də 733 min nəfərə yaxın sənədsiz məktəbyaşlı uşaq yaşayır.