Ayıya görə 100-ə yaxın məktəb bağlandı
Yaponiyanın Utsunomiya şəhərində artıq üç gündür küçələrdə dolaşan ayı səbəbindən yüzə yaxın təhsil müəssisəsi fəaliyyətini dayandırıb.
"Azərbaycan müəllimi" xaici KİV-ə istinadən xəbər verir ki, yerli hökumət yırtıcının ticarət mərkəzləri də daxil olmaqla, şəhərin müxtəlif yerlərində dəfələrlə görünməsindən sonra belə bir qərar qəbul edib.
Polis və ovçular şəhərdə ayı axtarışına başlayıblar.
Utsunomiya şəhər rəsmiləri sakinlərə qapı və pəncərələrini bağlı saxlamağı, ayı görsələr ona yaxınlaşmamağı və ən yaxın binaya sığınmağı tövsiyə edir. Şəhər həmçinin yerli sakinləri xəbərdar etmək üçün ictimai nəqliyyat vasitələri də cəlb edib.


