98 saylı bağça ilə bağlı iddialar araşdırılır – BŞTİ
Sosial şəbəkələrdə paytaxtın 98 saylı uşaq bağçasına gedən azyaşlının analizlərinin nəticəsinə əsasən, qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar səsləndirilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, BŞTİ tərəfindən müvafiq araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini nəzərə alaraq, ictimaiyyət və media nümayəndələrinin yalnız rəsmi məlumatlara istinad etməsi xahiş olunur", – deyə idarənin açıqlamasında qeyd olunub.




