Redaktorun seçimi

Naxçıvan məktəblisi 10 gündə 3 qızıl medal qazandı

İncəsənət Gimnaziyasının bərpası işləri hansı mərhələdədir? - AÇIQLAMA

Təhsil krediti ilə oxuyan tələbə: Təhsillə içində olduğum dünyadan çıxmaq istəyirdim

“Müasir metodist” müsabiqəsində hansı müəllimlər iştirak edə bilər?

BMU-da hakaton keçirilib

“Bayrağımızı qaldırdıqca qürur hissi keçirirəm” - Məktəbli idmançının uğuru

İncəsənət Gimnaziyasının bərpası işləri hansı mərhələdədir? - AÇIQLAMA

ADPU-da magistrantların VIII Respublika elmi konfransına tezislərin qəbuluna başlanılır

Qarabağ Universiteti vakansiya elan edir

Gənclərimiz savadlı olmalıdırlar ki, ölkənin inkişafına kömək etsinlər - Zahid Xəlil

Beynəlxalq reytinq təşkilatı BDU-nun fəaliyyətini qiymətləndirib
Pedaqoji yazılar

Mnemonika uşaqlara nə verir?

Müəllimi yaxşı edən nədir? – Harvard professorunun fikirləri

Piqmalion effekti və müəllim-şagird münasibətləri

İkidilli təlimdə dərslik yaradıcılığı və tədrisin təşkili problemləri

“Xeyirxahlıq” “süni intellekt”ə qalib gəlib
2024-cü ilin sonunda “Oxford University Press” (OUP) “beyin çürüməsi”ni (brain rot) ilin sözü kimi təqdim etmişdi. Biz daha əvvəl “İlin sözü ekran vaxtının azaldılmasını tələb edir” adlı məqalədə bundan bəhs etmişik.OUP-un nəzdindəki Uşaq Lüğətləri və Uşaq Dili Məlumatları komandası isə “xeyirxahlığ”ı 2024-cü il üçün “İlin uşaq sözü” elan edib. “Xeyirxahlıq”dan başqa siyahıya “süni intellekt” və “münaqişə” sözləri salınsa da, uşaqlar “xeyirxahlığ”ı seçiblər.Bu tədqiqatda Böyük Britaniyanın bütün regionlarından 6-14 yaş arasında olan 6280 uşaq iştirak edib. Səsvermədə rəyi soruşulan uşaqların 25 faizi süni intellekti, 7 faizi isə münaqişəni seçib. Səsvermənin nəticələrində “xeyirxahlığ”ı seçən uşaqların da böyüklər kimi süni intellektin artan gücü ilə bağlı qarışıq hisslər keçirdikləri və dünyadakı münaqişələrdən xəbərdar olduqları görünür.OUP-un açıqlamasında deyilir ki, ingilis dilinin istifadəsinə dair məlumat və tendensiyaların təhlili il ərzində mədəni əhəmiyyət kəsb edən söz və ya ifadənin seçilməsi ilə nəticələnir. Bu, uşaqlara aid olan, onların təcrübəsini ümumiləşdirən, təxəyyüllərini aktivləşdirən sözü aşkarlamaq imkanı verir.Açıqlamada bildirilir ki, “Uşaq sözü - 2024”ü müəyyənləşdirmək üçün Oksford Uşaq Lüğətləri və Uşaq Dili Məlumatları komandası uşaqlar və müəllimlər arasında üç tədqiqat sorğusu keçirib. Sorğularda uşaqların bu sözlərdən necə istifadə etdiyinə dair əlavə məlumatlar almaq üçün BBC-nin hər il keçirdiyi “500 Söz - hekayə müsabiqəsi”nin məlumatlarından istifadə edilib. OUP-un Təhsil Araşdırma Forumu ilə birgə apardığı tədqiqat sorğularında müəllim və uşaqlardan 2024-cü ildə hansı sözlərin vacib olduğunu müzakirə etməyi istəyiblər. Sinif müzakirələrində 3000-dən çox uşaq iştirak edib.CHILDWISE ilə aparılan ikinci sorğuda 1200 şagirddən dost və ya yaşıdları ilə ünsiyyətdə işlətdikləri sevimli söz və ya ifadəni təqdim etmək tələb olunub. Üç söz və ya jarqondan ibarət qısa siyahıda “slay”, “sigma” və “skibidi” kimi sözlər seçilib. OUP-un fikrincə, bu sözlər uşaqların lüğətinin formalaşmasına sosial medianın artan rolunu nümayiş etdirir.Birbaşa tərcümədə “slay” “öldürmək” mənasını verir. “Sigma” jarqon olaraq müvəffəqiyyətli, müstəqil fəaliyyət göstərən və adətən özünü təmin edən şəxsə aid edilir. Bu Alfa nəslinin ünsiyyətində çox eşidilən jargonlardandır. “Urban Dictionary”ə görə, “skibidi” kontekstdən asılı olaraq pis və ya axmaq mənasını verən mənasız sifət kimi istifadə edilə bilər. Uşaqların seçdikləri slay “öldürmə”nin əslində zorakılıqla, qətllə heç bir əlaqəsi yoxdur. Uşaqlar bu sözdən daha çox nəyəsə və ya kiməsə heyran olduqda istifadə edirlər. “Slay” ifadəsi RuPaulun “Drag Race” realiti şousundan və Beyoncenin “Formation” mahnısından sonra məşhurlaşıb.OUP-un nəşriyyat direktoru Andrea Quincey deyib ki, “2024-cü il üçün Oksford uşaqlarının ilin sözü kimi “xeyirxahlığ”ın böyük səs çoxluğu ilə seçilməsi olduqca sevindiricidir. Görürük ki, gənclər bizi cəmiyyət olaraq ayıran və insanları birləşdirməkdə mühüm rol oynayan böyük məsələlərdən agahdırlar. Bu seçim daha fərqli bir yanaşmanı da meydana çıxarır: psixi sağlamlıq və başqalarının qarşılaşa biləcəyi gizli problemlər haqqında məlumat. Bu bizə empatiya və tolerantlığın, istifadə etdiyimiz dilin vacib olduğunu və xeyirxahlığın təkcə bir çox problemin həllinin deyil, həm də fərq yaratmaq üçün hər kəsin edə biləcəyi bir şey olduğunu söyləyir”.“Opinium” ilə aparılan yekun sorğuda isə xeyirxahlıq, süni intellekt və münaqişə sözləri seçilib.Xeyirxahlıq sözü ilə bağlı hisslərini bölüşən uşaqların cavablarından aydın olur ki, onlar xeyirxahlıqla psixi sağlamlıq arasında əlaqə qurublar - “Hər kəsə mehribanlıqla yanaşmalıyıq”.“Münaqişə” sözü ilə bağlı fikrini bildirən uşaqlar “xeyirxahlıq”dan istifadə etməklə cavab veriblər. Uşaqlar münaqişələrdən qaçmaq üçün də öz cavablarında “mehriban olmaq vacibdir” və ya “hər kəs mehriban olmalıdır” deyə cavab veriblər. Onların cavablarında “ehtiyac” və “lazımdır” kimi sözlərdən tez-tez istifadə olunub. Cavabların təhlili göstərir ki, uşaqların yazılarında dünyada zorakılığa, nifrətə və münaqişəyə aid çoxlu istinadlar var. Uşaqlar qeyd edir ki, “əgər daha çox insan mehribanlıq göstərsəydi, dünya nifrət və müharibəsiz daha gözəl yer olardı. Dünyada münaqişələri azaltmaq üçün dialoq aparmaq və xeyirxahlıq vacibdir. İnsanlar bir-birlərinə qarşı daha mehriban və dözümlü olmalıdırlar. İnsanlar hər gün mehriban olmağa çalışmalıdırlar”. Bu, uşaqların böyük əksəriyyətinin cavabları əsasında formalaşmış yanaşmadır.Süni intelleklə bağlı cavablarda da uşaqlar öz gələcəkləri ilə bağlı qayğılarını dilə gətiriblər. 2024-cü ildə süni intellektə dair ictimai qavrayışları araşdıran tədqiqatda böyüklərin əksəriyyətinin cavablarında müəyyən ehtiyatlılıq hiss olunur. Getdikcə kütəviləşən işsizlik, internetdə süni intellekt vasitəsi ilə yaradılan saxta məzmunla bağlı narahatlıq və qarışıq hisslər uşaqların cavablarında da əks olunur. Süni intellekt sözünün onlara özünü necə hiss etdirdiyini soruşduqda, bu sözü seçən uşaqların 53 faizi həyəcanlı, xoşbəxt, ümidli, nikbin, müsbət, maraqlı və futuristik kimi müsbət cavablar verib. Qalan 47 faizin cavabları mənfi, neytral, bəzən də qarışıq olub. Süni intellektin mənfi tərəfini vurğulayan uşaqlar “qorxulu”, “çılğın”, “narahat” və “həyəcanlı” sözlərindən istifadə ediblər.Qeyd edək ki, 2022-ci ildə uşaqlar ilin sözü kimi “kraliça” (Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra), 2023-cü ildə isə “iqlim dəyişikliyi” ifadəsini seçmişdilər.Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
Təhsil TV - Canlı yayım
17 fevral, 09:37
Yüklənir
Təhsil gündəliyi - 14.02.2025
Təhsil gündəliyi- 14.02.2025 #TəhsilTV #EduAz #TəhsilGündəliyi.
14 fevral, 21:10
Yüklənir
Gələn ildən bəzi tələbələr "SABAH.city" innovasiya şəhərciyində təhsil alacaq
Gələn ildən bəzi tələbələr "SABAH.city" innovasiya şəhərciyində təhsil alacaq. Ətraflı: https://linktw.in/GPOQNP #TəhsilTV #EduAz ...
14 fevral, 19:33
Yüklənir
SABAH qrupları proqramlarının tədrisi “SABAH.city” şəhərciyində keçiriləcək
SABAH qrupları proqramlarının tədrisi “SABAH.city” şəhərciyində keçiriləcək. #TəhsilTV #EduAz #SABAHQrupları #SABAHcity ...
14 fevral, 18:37
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar
“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nda dəyişiklik edilib.“Azərbaycan müəllimi” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək:- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:1. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;2. işsiz kimi qeydiyyatda olanlar;3. əmək pensiyası yaşına çatanlar.

Yoxlama aparıldı, təhsil sektorunun müdiri işdən çıxarıldı
.jpg)
Agentlikdə yeni təyinatlar olub

Dillər Universiteti vakansiyalar elan edir!

Sumqayıtda dövlət məktəbinin şagirdləri üçün avtobus ayrılıb

Elm və Təhsil Nazirliyində yeni təyinat

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinə qeydiyyat başlayır
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.