Dərslik müəllifləri Qərbi Azərbaycan İcmasında görüşəcəklər
Orta məktəb dərsliklərini yazan müəlliflərin Qərbi Azərbaycan İcmasında görüşü planlaşdırılır.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri" ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.
Onun sözlərinə görə, müsabiqə gələcək nəsillərə Qərbi Azərbaycanla bağlı reallıqları ötürmək üçün ilk və önəmli addım idi:
"Bu ənənəni davam etdirmək niyyətindəyik. Bu səbəbdən orta məktəb dərsliklərini yazan müəlliflərin Qərbi Azərbaycan İcmasında görüşü planlaşdırılır. Ən yaxın zamanda onlarla birgə müzakirələr aparmaq istəyirik. Görüşün məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dərsliklərdə öz əksini tapması üzrə müzakirələrin aparılmasıdır".



