“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini təqdim edilib

4 Sentyabr, 2026 - 15:47
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini təqdim edilib

8-ci nömrədə 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisaslar üzrə formalaşmış keçid balları təqdim olunub. 

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Bildirilib ki, 9-cu nömrədə 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində ixtisaslar üzrə formalaşmış keçid balları təqdim olunub. 

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından əldə etmək olar.