Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 İyul, 2025 - 12:16
Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri
Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

“Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları bu il də dəyişməz olaraq qalır. Ənənəvi olaraq abituriyentlər daha çox I və III ixtisas qruplarına üstünlük verirlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də IV qrup üzrə maraq kütləvi deyil: “Lakin məhz IV qrupda ən savadlı abituriyentlər yer alır. Qalan abituriyentlər isə əsasən biliyinə uyğun olan, qəbul plan yerlərinin daha çox ayrıldığı ixtisas qruplarını seçirlər. Bu da onların ali məktəbə qəbul şanslarını artırır”.