Abşeron idmançısı növbəti dəfə dünya çempionu olub
Abşeron rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (İOEUGİŞM) yetirməsi Ayxan Cavadov növbəti qələbəsinə imza atıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Abşeron rayon İOEUGİŞM-nin yetirməsi Ayxan Cavadov Slovakiyanın Bratislava şəhərində keçirilən U20 Dünya Çempionatında qızıl medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.
Bu möhtəşəm qələbə ilə Ayxan artıq 2 qat Avropa, 2 qat dünya çempionu adını qazanmağa müvəffəq olub.




