ADA təmsilçiləri LDU-da praktik seminar keçiriblər
ADA Universitetinin magistratura üzrə tələbə qəbulu məsləhətçısi Nəzrin Əlizadə və akademik yazı müəllimi Aygün Hüseynlinin iştirakı ilə LDU-da sonuncu kurs tələbələri üçün praktik seminar keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, praktik seminarda ADA Universitetinin magistr proqramları, onlara qəbul qaydaları, dərs formatı və təqaüd imkanları barədə ətraflı məlumat verilib. Həmçinin seminarda akademik yazı qaydaları geniş şərh olunub.
Diskussiya xarakterli görüşdə mütəxəssislər LDU-nun sonuncu kurs tələbələrini maraqlandıran sualları cavablandırıblar.



