Adambaşına maliyyələşdirmənin tətbiq olunduğu peşə təhsili müəssisələrinin sayı açıqlanıb

3 Aprel, 2026 - 14:08
Adambaşına maliyyələşdirmənin tətbiq olunduğu peşə təhsili müəssisələrinin sayı açıqlanıb

11 peşə təhsili müəssisəsində adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib. 

Nazir müavini qeyd edib ki, 2025-ci ildə yeni maliyyə modeli tətbiq edilən PTM-lərdə tələbələrin sayı 7 808 olub və 22,2 milyon manat ayrılıb.

2026-cı il üçün bu rəqəmin 12 000 olması planlaşdırılır və 30.7 milyon manat ayrılması proqnozlaşdırılır.