ADAU ilə Neft-Kimya Prosesləri İnstitutu arasında memorandum imzalanıb

28 Oktyabr, 2026 - 11:16
ADAU ilə Neft-Kimya Prosesləri İnstitutu arasında memorandum imzalanıb

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olub. Əvvəlcə nümayəndə heyəti ilə ADAU-nun rektoru Zəfər Qurbanov arasında görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Zəfər Qurbanov aqrar elmin inkişafında müasir elmi-tədqiqatların və innovativ yanaşmaların əhəmiyyətini vurğulayıb. Rektor elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin yeni tədqiqat imkanlarının yaranmasına, elmi nəticələrin tədris prosesinə tətbiqinə və aqrar sahənin inkişafına töhfə verəcəyini qeyd edib.

Akademik Vaqif Abbasov isə elmi-tədqiqat müəssisələri ilə ali təhsil ocaqları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, qarşılıqlı təcrübə mübadiləsinin, birgə elmi layihələrin və tədqiqat istiqamətlərinin inkişaf etdirilməsinin hər iki tərəf üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Neft-Kimya Prosesləri İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra nümayəndə heyəti universitetin Tədris-təcrübə təsərrüfatı və müasir laboratoriyaları ilə tanış olub, burada həyata keçirilən fəaliyyət və tətbiq olunan yeni texnologiyalar barədə məlumat alıb. Qonaqlar, həmçinin ADAU-nun İnnovasiyalar Mərkəzi və ADAU TV internet televiziyasının studiosu ilə də tanış olublar.