ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir

9 Dekabr, 2025 - 21:34
ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir
ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir
ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir
ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir
ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir

Dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) öz işinə başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, üç gün davam edəcək konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edir. Açılış mərasimində iştirak edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb.

Konfrans çərçivəsində ADNSU-nun rektoru dosent Rüfət Əzizov “Hasilat üzrə bütövlüyün idarə edilməsi: Neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Konfransın ilk günündə “Rəqəmsal innovasiya vasitəsilə boru kəmərinin bütövlüyünün artırılması” mövzusunda keçirilən panel müzakirələr ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılovun moderatorluğu ilə aparılıb.

ADNSU konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunur. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi ziyarətçilərinə ADNSU haqqında ətraflı məlumat təqdim olunur.

Qeyd edək ki, üç gün davam edəcək aparıcı sənaye tədbiri aktivlərin bütövlüyü, koroziyanın idarə edilməsi və qoruyucu örtüklər sahəsində ən son yenilikləri, mövcud çağırışları və ən yaxşı təcrübələri müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertləri, texnologiya liderlərini və yüksək səviyyəli rəhbərləri bir araya gətirib. Tədbirdə müasir innovasiyalarla yanaşı, uzun illər sınaqdan keçmiş ən yaxşı təcrübələr də nümayiş olunur. Konfransda 500-dən çox nümayəndə, 50-dən çox ekspert-məruzəçi və 35-dən çox sərgi iştirakçısı təmsil olunur.