ADNSU-da THİK-ə yeni sədr təyin olunub
İntiqam Quliyev Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqıKomitəsinin (THİK) sədri təyin olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib.
İntiqam Quliyev ADNSU-da “Geologiya və geofizikamühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alır. O, 2021–2023-cü illərdə ADNSU nəzdində Bakı Neft-EnergetikaKollecində “Neft və qaz yataqlarında geoloji-geofiziki işlər” ixtisası üzrə subbakalavr təhsili alıb.
Tələbə təşkilatçılığı və gənclərlə iş sahəsində təcrübəyə malik olan İ.Quliyev 2023-cü ildən ADNSU Tələbə GənclərTəşkilatında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, təşkilatın “Geoloji Kəşfiyyat” fakültəsi üzrə sədr müavini vəsədri, daha sonra isə baş katibi və sədri olub. Bu müddətərzində müxtəlif layihə və tədbirlərin təşkili, könüllükomandaların idarə olunması və tələbə təşəbbüslərinindəstəklənməsində iştirak edib.
İntiqam Quliyev 2025-ci ildə Azərbaycan Tələbə GənclərTəşkilatları İttifaqı tərəfindən “İlin TGT sədri” nominasiyasına layiq görülüb. O, həmçinin müxtəlif dövlətqurumları və təşkilatlar tərəfindən fəxri fərman vətəşəkkürnamələrlə təltif olunub.




